İdman

“Mənim Azərbaycanda problemim onların İtaliyadakı problemindən çoxdur”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına açıqlama verib.

Qol.az xəbər verir ki, o, futbolumuzdakı problemlərdən danışıb və Azərbaycanda işləməyin çətin olduğunu deyib:

“Albaniyanı tərk edəndən – 3 ildir ki, Azərbaycan millisinin baş məşqçisiyəm. Amma başa düşürəm ki, burada vəziyyət çətindir. Çempionatda cəmi 10 komanda var. Futbol Azərbaycanda ən vacib idman növü deyil. Belə deyək, mənim problemim Spalletti və ua Mançininin İtaliyadakı problemindən daha çoxdur. Buradakı yerli mentalitet və mədəniyyət İtaliyadan çox fərqlidir. Burada fərdilik o qədər üstünlük təşkil edir ki, bu ölkədə ən güclü idmançılar komanda deyil, fərdi idman növlərinin nümayəndələridir”.

Qeyd edək ki, De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir. O, daha əvvəl Albaniya yığmasında da eyni vəzifədə işləyib.

Bənzər yazılar

Back to top button