İdman

Mourinyo bu hərəkətinə görə cəzalana bilər (FOTO)

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun İngiltərə Premyer Liqasının 6-cı turunda “Sauthempton”la oyunda hakimə qarşı etdiyi hərəkət onun cəzalanması ilə nəticələnə bilər.

Qol.az-ın məlumatına görə, matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Mourinyo texniki zonanı tərk edərək futbolçularına göstəriş verib. Ehtiyat hakim Mourinyonun bu hərəkəti ilə bağlı görüşün baş hakiminə məlumat verib. O, isə portuqaliyalı mütəxəssisi texniki zonadan qovub. Mourinyo isə tribunaya tərəf gedərkən ehtiyat hakimlə toqquşub.

İngiltərə mətbuatı bunun təsadüfən baş verdiyini yazıb. Mourinyo özü də görüşdən sonra hakimlə bağlı irad bildirməyib.

Mourinyo yalnız onun hərəkətinin matçın protokolunda qeyd olunduğu halda İngiltərə Futbol Federasiyası tərəfindən cəzalana bilər.

Bənzər yazılar

Back to top button