Dünya

Gələcəkdə lazım olacaq peşələrin adları açıqlandı

Ümumrusiya Əmək elmi-tədqiqat İnstitutunun mütəxəssisləri hazırda Rusiyada tələb olunan və ən azı bir neçə il ərzində belə qalacaq peşələri sadalayıb.

Qaynarinfo KP.ru-ya istinadən bildirir ki, söhbət ilk növbədə kütləvi peşələrdən gedir. O sıraya ofisiantlar, barmenlər, aşpazlar, mühasiblər, pedaqoqlar, çilingərlər, maşinistlər, elektik qaz qaynaqçıları və elektrik mexanikləri aiddir.

Eləcə də işsiz qalmayacaq peşələrin adı qeyd edilib, məsələn, kimyaçı-mühəndis, keçid qurğularının təmiri üzrə elektrik, çevik səyyar briqadalarda elektrik montyoru, keyfiyyətə nəzarət meneceri və adaptiv bədən tərbiyəsi üzrə təlimçi müəllim.

İndi olduğu kimi, gələcəkdə də təşkilatçılara tələbat olacaq. Buraya əczaçılıq menecmenti mütəxəssisləri və elektrik stansiyasında növbə rəhbərləri daxildir. Texnoloji prosesin inkişafı fonunda isə böyük məlumat yüklü tətbiqetmələrin mütəxəssislərinə ehtiyac olacaq.

“Əmək bazarının dinamikasını nəzərə alsaq, vəziyyət o qədər tez dəyişmir ki, 3-6 il ərzində bəzi peşələr tam gərəksiz, yaxud da yox ola. Lakin peşələr tədricən dəyişə bilər”, – deyə İnstitutun mütəxəssisi İrin Voloşina deyib.

Bənzər yazılar

Back to top button