Bizim seçimİqtisadiyyatManşet

Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçkirilən iclasında müzakirəyə çıxarılıb.

Qaynarinfo xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, sonuncu dəfə Milli Məclis E.Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.

9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.

Ümumiyyətlə, 68 yaşlı E.Rüstəmov 25 ildir AMB-yə rəhbərlik edir.

Bənzər yazılar

Back to top button