GündəmHadisə

Abşeron “kraliçası” koronavirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur (VİDEO, FOTO)

Ölkədə pandemiya ilə bağlı elan olunan karantin rejimi bir çox insanların dolanışığında ciddi problem yaradıb. Hazırki situasiya icra başçılarının və bəzi məmurların ölkə rəhbərinə vətəndaşların yüksək yaşayış tərzi ilə bağlı dediyi yalanları ifşa edir. Artıq nazır Sahil Babayevə qarşı qəzəb və nifrərt göz önündədir. Onun vətəndaşlara laqeyd münasibəti yerlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən də eyni şəkildə müçahidə olunur. Bununla bağlı Abşeron rayonunda baş verənləri cumhuriyyet.az olaraq sizə təqdim edirik:

Burda sözügedən nazirliyin fəaliyyəti göz önündədir. Amma Abşeronda insanların acınacaqlı vəziyyətdə olmasında heç şübhəsiz rayon rəhbərliyinin də günahı var. Cumhuriyyet.az olaraq bir faktı diqqətə çatdıraq ki, Abşeron işsizliyin sayına görə öndə gedən rayonlardandır. Belə ki, ötən ilin iyun ayının statistikasına görə, işsiz statusuna malik insanların təxminən yarısı – 22 min 713 nəfəri Bakı şəhərinin payına düşüb. Bakı şəhərindən sonra ən çox işsiz Sumqayıt şəhəri, Şəmkir, Abşeron, Salyan, Hacıqabul, Bərdə və Ağdam rayonunda qeydə alınıb. Sumqayıtda işsiz statusuna malik şəxslərin sayı 3 235, Şəmkirdə 2 575, Abşeronda 1 305, Salyanda 1 220, Hacıqabulda 997, Bərdədə 821, Ağdamda isə 790 nəfər olub. Bu hələ rəsmən işsiz kimi qeydiyyata duranların statistikasıdır. Qeyri-rəsmi reallığı isə ölkənin yeganə xanım icra başçısı yəqin hamıdan yaxşı bilir. Abşeron rayon icra başçısı İradə Gülməmmədova tiranlığı, odiozluğu, vətəndaşların başına açdığı müsibətləri, qanunsuz hərəkətləri, tarana gedən əməlləri ilə elə ad çıxarıb ki, bütün Abşeron rayonu ona üsyan edir.

Rayonun Güzdək qəsəbəsindən Masazıra, Xırdalana qədər İ.Gülməmmədovanın fəaliyyətindən kütləvi narazılıq var. Rayon sakinlərinin cumhuriyyet.az-a bildirdiyinə görə, hətta Dövlət Təhlükəsizlik Xidmətinin üç rayon icra başçısını həbs eləməsi də İ.Gülməmmədovanın əl-ayağını yığmasına gətirib çıxarmayıb. Xanım icra başçısı siyasi hakimiyyətin yeni kursunu ayaqlar altına atıb. Belə bir arxayınlıq İ.Gülməmmədovanın bütün davranışlarında özünü göstərir: rayon bərbad günündədir, evin tikintisi üçün rüşvət istənilir, Abşeron qarış-qarış satılıb, yollar fəlakət içindədir, vətəndaşların müraciətlərinə baxılmır, xüsusən Xırdalan müharibədən çıxmış bir yerə oxşayır, prezidentin səfəri olarsa, ona nümayiş etdirmək üçün abad yer yoxdur.

Bu dediklərimizi sosial şəbəkələrdə Abşeron sakinləri daha böyük ağrı, qəzəb və hiddətlə yazırlar. Onların arasında DTX əməkdaşlarını Abşeron RİH-ə çağıranlar da var, prezidentin tapşırıqlarına əməl edilmədiyini söyləyən də, İ.Gülməmmədovanın istefasını tələb edən də. Biz cumhuriyyet.az olaraq heç bir şərh vermədən facebook-da müxtəlif zamanlarda Abşeronun icra başçısına nifrətini, hirsini bəyan edin, rayondakı acınacaqlı vəziyyətdən cana doyan sakinlərin yazdıqlarını təqdim edirik:
Əşrəf Sadiq: “Azərbaycanda ən bərbad rayon Abşerondur”.

Arif Cəfərli: “Onu idarə edən Sumqayıtın icra başçısı Zakir Fərəcovdur”.
Elnur İsgəndərov: “Xırdalanda bir metr boş yer qoymayıb, hamısını satıb”.
Ruslan Babayev: “Abşeron ən korrupsiyalaşmış, kriminallaşmış rayondur”.
Ağasif Salamov: “Prezident onu da başa salacaq, Xırdalanı xarabalığa çevirib”.
Səbinə Abdullayeva: “Onun kimi rüşvətxor, xalqı eşitməyən olmayıb. Xırdalan camaatını saymır. Dövlət niyə hələ də susur?
Bu insan qaz xəttinin qarşısında obyekt tikdi, sonra həmin yolu bağladı, qazı kəsdilər, qaz xəttinin istiqamətini dəyişdilər. Yəni, belə özbaşınalıqlar edən biridir”.
Elçin Kərimov: “Abşeronda qanunlar işləmir, şikayətə baxılmır”.
Asif Rəhimov: “Əli Nağıyev əməkdaşlarını Abşeron icra başçısının kabinetinə göndərsin. Baxıb görsünlər ki, nə qədər pul oğurlayıb…”
Hüseyn Ağayev: “Su kanalları hər gün bir yerdən partlayır”.
Nərgiz Hacıyeva: “Bu qadının öhdəsindən heç kim gələ bilmir. Arxası möhkəmdir, heç kəsdən çəkinmir. Xırdalanda bir metr yer qoymayıb, hamısın satıb”.

Anaxeber.info məlumat verir ki, bu şərh və narazılıqlar sosial şəbəkələrdə Abşeronun icra başçısı ilə bağlı yazılanların az hissəsidir. Hazırda respublikanın heç bir regionundan bu dərəcədə ifrat dozalı etiraz yoxdur.

Halbuki, İ.Gülməmmədova xanımdır, kişi həmkarlarından fəaliyyətinə görə fərqlənməliydi, I vitse-prezident Mehriban Əliyevanın xeyirxah işlərindən nümunə götürməliydi.

Lakin Abşeronun xanım icra başçısı sanki İH rəhbərlərinin arasındakı MTN generalı Akif Çovdarovdur.
Şərh yazan minlərlə rayon sakini açıq formada Abşeronda İradə Gülməmmədovanın fəaliyyətsizliyini bildirib və onu ciddi faktlarla ittiham ediblər. Görünür İradə Gülməmmədova Abşeronu idarə edə bilmir.
Ötən il Qarabağ qazisi Fuad Əkbərov Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək evinə od vurması ilə cəmiyyətdə geniş rezonans doğurmuşdu. Qazi evini yandırmamışdan əvvəl bildiribmiş ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar.

Bir müddət əvvəl isə icra hakimiyyətinin qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər. 2015-ci ildə Zakir Fərəcovdan sonra RİH başçısı vəzifəsinə İradə Gülməmmədovanın təyin olunması narazı Abşeron sakinlərini ümidləndirmişdi. Onlar düşünürdü ki, bəlkə, xanım icra başçısı daha humanist və ədalətli olacaq, rayon sakinlərinin illərdir həll olunmayan problemlərini bir-bir yoluna qoyacaq. Ən əsası, qapı arxasında qalmağa öyrəşmiş sakinlərin şikayətlərini eşidəcək. Ümumiyyətlə, qanunların işləmədiyi, rüşvətin və korrupsiyanın ayaq açıb yeridiyi, bir qrupun şəriksiz hegomonluq etdiyi rayon sosial-iqtisadi problemlər girdabında boğulur. İradə Gülməmmədovanın rəhbərlik etdiyi Abşeron rayonu “salam verdim rüşvət deyildir deyə almadılar” prinsipi ilə idarə olunur.

Bənzər yazılar

Back to top button