İdman

Neymar “Barselona”ya keçsə, maaşı iki dəfədən çox azalacaq

PSJ-nin hücumçusu Neymarın gələcəyi qeyri-müəyyən olaraq qalır.

Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Neymar “Barselona”ya keçsə, maaşı əhəmiyyətli dərəcədə azalacaq. Katalon klubu braziliyalı futbolçuya illik 20 milyon avrodan bir qədər artıq məvacib təklif etməyə hazırdı. 28 yaşlı forvard Qətər Milli Bankı ilə olan sponsorluq anlaşmasını da nəzərə alsaq, PSJ-də ilinə 52 milyon avro qazanır.

Paris təmsilçisi Neymara yeni sözləşmə təklif etməyə hazırlaşır. Onun əmək haqqı bonuslarsız 38 milyon avro təşkil edə bilər.

Bənzər yazılar

Back to top button