CəmiyyətDünya

İran şahının hərəmləri olduğu deyilən “bığlı qadınlar” əslində kim olub – Şahın arvadının gerçək fotosu-DOĞRUDAN DA ÇOX GÖZƏLDİR!

Uzun müddətdir ki, bir çox xəbər saytında və onlar vasitəsilə sosial mediada İran Şahı Nasirəddinin “saqqallı-bığlı” qadınlardan ibarət hərəmlərinin fotoları yayımlanır. Artıq bir neçə ildir ki, yayılan bu fotolar çox izləyici topladığından müəyyən fasilələrlə yenidən dövriyyəyə buraxılır. Qeyd olunur ki, İran şahı “saqqallı – bığlı qadınlardan” xoşlanırmış. Və şahın “bığlı-saqqallı” arvadının dərdindən onlarla kişi intihar edibmiş. Güya Nasireddin şah Qacarın ətrafı bu “gözəllik hərəmxanasına” qibtə ilə baxırmış.

Məsələnin məğzinə varmamış qeyd edək ki, şahın hərəmxanasındakı qadınların bığlı-saqqallı və ya trans olmasının heç kimə aidiyyatı yoxdur. Bu tip xəbərlərin yayılması tüklü və ya tüklərini təmizləməyi sevməyən qadınlara qarşı olduqca alçaldıcı münasibətin təzahürüdür.

İndi də məsələnin əsas mahiyyətinə keçək.

Qaynaqlardan öyrəndiyimizə görə, 1848-1896-ci illər arasında İrana hökmranlıq edən edən Nasirəddin şah Qacar reformist bir lider olub. Sənətə düşkün insan olub. Qərbdəki sənət hərəkətlərini izləyir, xaricə təhsil almaq üçün tələbələr göndərirmiş. Xüsusilə fotoşəkilə, teatra, baletə maraq göstərirmiş. Onun dövründə Tehranda Darulfun açılıb. Orada bir çox əsərin tərcüməsi aparılaraq İran teatrına uyğunlaşdırılıb. Nasirəddin şah Qacar rəsmi səfərlər və elmi sahədə danışıqlara görə Qərbə və Rusiyaya bir çox səfərlər edib. Avropa şəhərlərinə səfərlərində xalqın teatr və bənzər incəsənətə olan marağını görmüş və oralardakı teatr sənətini, memarlıq üslubu ilə birlikdə ölkəsinə gətirmiş, xalqı balet, opera, teatr salonu kimi bir çox anlayışlarla tanış etmişdi. Şah daha sonra İranda teatr sahəsini inkişaf etdirməyə , Qərbdən rəsmi səfərə gələn qonaqlara öz ölkəsinin teatr əsərlərini, hətta bu sahədə Qərb ölkələrilə rəqabət edə biləcəklərini göstərməyə başlayır.

Ancaq bir məsələ var idi ki, həmin dövrdə İranda qadınların teatra getməsi qadağan idi. Müasir teatrın əsasları şah dövründə atılsa da, qadınların səhnədə rol oynamağa başlaması 1916-ci ildən sonra mümkün olub. Nasirəddin şah Qacar Avropa səfərləri zamanı yeni foto texnikalarını da saraya gətirir. Saraydan əlavə Darulfunda da fotoqraf peşəsi bölməsi yaradılır. Şahın özü də fotoşəkil çəkirdi. Mənbələrə görə, çəkdiyi ilk hərəmxanadakı qadınların fotoşəkilləri olub. Bu, şahın çəkdiyi fotoların altında yer alan imzasından anlaşılır.
Bu məlumatlardan sonra təkrar “saqqallı bığlı hərəmxana qadınları” məsələsinə qayıdaq və həqiqəti deyək. Fotoşəkillərdə görülən şəxslər İran şahının hərəmxansını əks etdirmir. Bu fotolardakı adamlar o dövrün teatr aktyorlarıdır. Qadınların səhnəyə çıxması qadağan olduğu üçün kişilər qadın cildinə girir və tez-tez tamaşalarda qadın rollarını canlandırırdılar.

Teatrın və fotonun mərkəzi Darulfun olduğuna görə, indi yayılan fotolar da böyük ehtimalla Darulfunda çəkilib. Onu da qeyd edək ki, başqa kişilərin hərəmxanaya daxil olması qadağan idi. Belə olan halda indi yayılan “hərəmxana fotoşəkillərini” fotoqraf Antoin Sevruguinin çəkməsi mümkün ola bilməzdi.

Bu faktla bağlı bir çox mənbələr var. Ən əlçatanı isə Sovet dövründə Rusiyada dərc olunmuş Teatr Ensiklopediyasıdır. Burada fotoşəkillərin teatr aktyorlarına aid olduğu bildirilir. Əsas mənbə isə Tehranda yerləşən Gülüstan Sarayı Muzeyindədir. Orada Nasirəddin şah Qacarın özünün çəkdiyi fotoşəkillərlə yanaşı, o dövrə aid fotolar mühafizə edilir.

Nasirəddin şah Qacarın arvadı Anis Ol Dolehin fotosunu da təqdim edir:

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button