Hadisə

Gəncədə Xan bağı məhv edilir (VİDEO)

Gəncədə Xan bağının nəzdində olan “Cırtdan” parkının ərazisində olan qiymətli çinar, küknar və digər ağacların əvvəlcə qol-budağı budanıb, aradan bir gün keçəndən sonra isə kökündən kəsiliblər.

Şəhər sakinlərinin “Bizim Yol”a verdiyi məlumata görə, ağacların budama və kəsilmə işləri Gəncər Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb. Sakinlər ağacların gecə saatlarında kəsildiyini vurğulayıblar: “2012-ci ildə parkın ərazisində Gəncə Dövlət Filarmoniyası binasının təməlqoyma mərasimi oldu. Artıq bina hazırdır. Aprel ayında açılışı olacağı gözlənilir. Yəni ağacların kəsilməsinin bununla əlaqəsi yoxdur. O ağaclar heç kimə və heç nəyə maneə törətmir. Yaşıl ağaclardır. Onların əksəriyyəti gecə saatlarında kəsilir. Kəsilmiş ağacların çoxunu gecə vaxtı kran vasitəsi ilə yük maşınlarına qoyub ərazidən uzaqlaşdırıblar. Əsas işlər gecə vaxtı görülür ki, bilinməsin. Sonradan həmin ağacların yerinə palma və başqa ağaclar əkib deyəcəklər ki burda ağac yox idi. Yeni yaşıllıq salınıb”.

Bənzər yazılar

Back to top button