Dünya

Almaniya koronavirus epidemiyasına nəzarəti ələ aldı

Almaniya koronavirusun yayılmasını dayandıra bilib.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı jurnalistlərə Səhiyyə Nazirliyinin rəhbəri Yens Span verib.

Nazir yoluxucu vəziyyətin nəzarət altında olduğunu bildirib. İnfeksiyaların sayı hər gün azalmaqda davam edir. Nazir əlavə edib ki, sağalan şəxslərin sayı yeni yoluxmuşların sayından çoxdur.

Xatırladaq ki, Almaniyada 133 min 830 nəfər koronavirusa yoluxub. Onlardan 3868 nəfəri vəfat edib.

Bənzər yazılar

Back to top button