Dünya

ABŞ-da prezident seçkiləri təxirə salınmayacaq

ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report”un məlumatına görə, Ağ Ev lideri keçirdiyi brifinqdə seçkilərin təxirə salınmayacağını deyib.

“Seçki tarixinin dəyişdirilməsini heç düşünməmişdim. Bunu niyə etməliyəm? 3 noyabr, çox yaxşı tarixdir. Bu, onun (Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Co Bayden – Red) deyil, qısa ifadələr yazan insanlar tərəfindən hazırlanan təxribatdır”.

Qeyd edək ki, Co Bayden Donald Trampın koronavirusa görə ABŞ-da prezident seçkilərini təxirə sala biləcəyini bildirmişdi.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button