Cəmiyyət

Tibbi sığortanın tətbiqi təxirə salındı: Bəs gələn ilə ümid varmı? (ŞƏRH)

“Bakı və Gəncədə icbari tibbi sığortanın tətbiqi gələn ilə qaldı”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Gəncədə İTS-ə bu ilin iyulundan, Bakıda isə oktyabrından başlanılmalı idi.

“Tibbi sığorta haqqında” Azərbaycan Respubikasının qanunu 28 oktyabr 1999-cu ildə qəbul olunub, qanuna indiyədək 121 dəfə dəyişiklik və əlavələr edilib, amma İTS hələ də bütün Azərbaycanda tətbiq olunmur. “Tibbi sığorta haqqında” qanunun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilməsi planlaşdırılıb:

– Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;
– Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

– Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən”.

Qubad İbadoğli qeyd edib ki, gələn ilə nəzərdə tutulan İTS-nın tətbiqi neftin gəlirlərindən, neft gəlirlərinin həcmi isə qiymət səviyyəsindən asılı olacaq:

“Çox böyük ehtimalla gələn ildə İTS-nin bütün Azərbaycanda tətbqi başa çatdırılmayacaq”.

Bənzər yazılar

Back to top button