Cəmiyyət

OBA üstündə ingilis dilində söyüş yazılan corabları satışdan çıxartdı

“OBA” marketlər şəbəkəsi üstündə ingilis dilində söyüş yazılan qadın corabları ilə bağlı məsələyə aydınlıq gətirib.

Şəbəkənin Marketinq Kommunikasiyaları üzrə şöbə müdiri Fəzilət Səmədova tərəfindən AzToday.az-a göndərilən məlumatda bildirilir ki, bəhs olunan corabların satışı dayandırılıb:

“Son zamanlar dünya brendləri öz marka məhsullarının reklamı üçün fərqli yanaşmalar həyata keçirərək müxtəlif ifadələrdən istifadə edirlər. Lakin, “OBA” marketlər şəbəkəsində məhsullardan birinin üzərində belə ifadənin olması məqsədli şəkildə həyata keçirilməyib. Məlumat üçün bildirmək istəyirik ki, bəhs olunan qadın corablarının satışı “OBA” marketlər şəbəkəsində dayandırılıb”.

Bənzər yazılar

Back to top button