ManşetSiyasət

Natiq Cəfərli: “Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir”

“Ermənistan sülh müqaviləsində bütün məsələlərin birdəfəlik həllini istəmir, Qarabağ məsələsini ayrıca məsələ kimi görür, biz isə bunu haqlı olaraq daxili işimiz hesab etsək də, bölgənin məmləkətə necə və nə vaxt inteqrasiya olunacağı haqqında heç bir “yol xəritəsi” açıqlamırıq, bu isə həm Rusiyaya, həm də Fransanın timsalında Qərbə müdaxilələr üçün açıq qapı qoyur. Sülh müqaviləsində mütləq Ermənistanın Qarabağla birgə Azərbaycanın ərazi bütövlüyünü tanıması qeyd olunmalı, bölgədə yaşayan erməni əsilli azərbaycanlıların ölkənin siyasi, iqtisadi, sosial həyatına inteqrasiyası ilə bağlı yol xətirəsi ilə yanaşı, 1987-ci ildən bəri öz torpaqlarından zorla qovulmuş Ermənistanda yaşamış azərbaycan türklərinin də yaşadıqları torpaqlara qayıtmaq hüququ eyni qaydada yol xəritəsi ilə təsbit-təsdiq olunmalıdır”.

Onun sözlərinə görə, bunu ReAL partiyasının icraçı katibi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, sülh müqaviləsində əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır:

“Soydaşlarımızın ora qayıdıb-qayıtmaması sonrakı məsələdir, amma Azərbaycan erməni əsilli vətəndaşlarına hansı zamənətləri verəcəksə, Ermənistan da eyni addımları dönmək istəyən Ermənistan vətəndaşları olacaq türklərə təmin etməklə bağlı yazılı öhdəlik götürməlidir. Ədalətli sülhü bərqərar edəcək, əsrlərə yayılacaq işlək sənədlər imzalanmalıdır ki, bölgəmizə əminəmanlıq və rifah gəlsin. Ona görə də Ermənistan tərəfinin sonradan yozmağa çalışacağı heç bir söz, cümlə mətndə yer almamalıdır…” – N.Cəfərli qeyd edib.

Bənzər yazılar

Back to top button