CəmiyyətDünya

Koronavirus ən çox hansı ölkələrdə yayılıb? (SİYAHI)

Bütün dünyanı ağuşuna almış koronavirus (COVİD-19) virusu sürətlə yayılır.

Qaynarinfo xəbər verir ki, hazırda dünyada 1 milyon 781 min 47 nəfər virusa yoluxub. Onlardan 108 min 854 nəfər ölüb, 404 min 554 nəfər sağalıb. 1 milyon 267 min 639 nəfər müalicə olunur ki, onlardan da 50 min 625 nəfərin vəziyyəti kritikdir.

Ən çox yoluxma ABŞ-da qeydə alınıb – 533 min 115 nəfər. Onlardan 20 min 580 nəfər dünyasını dəyişib. ABŞ ölüm sayına görə də birincidir.

İspaniyada 163 min 27 nəfər virusa yoluxub və bunlardan 16 min 606 nəfər ölüb. İtaliyada 152 min 271 nəfər koronavirusa yoluxub. Onlardan 19 min 468 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, Azərbaycanda indiyədək 1058 nəfər koronavirusa yoluxub. Onlardan 11 nəfər dünyasını dəyişib, 200 nəfər sağalıb. Hazırda 847 nəfər müalicə olunur. 27 nəfərin vəziyyəti kritikdir.

Bənzər yazılar

Back to top button