Bizim seçimGündəmSiyasət

Politoloq Ərdoğana səsləndi: Ermənistana yardım etməyin

Politoloq Natiq Miri Türkiyə rəhbərliyinə müraciət edərək, rəsmi Ankaranı Ermənistana yardım etməməyə çağırıb.

AzToday.az xəbər verir ki, politoloq müraciətində heç bir şəraitdə Türkiyənin Ermənistana yardım etməməli olduğunu bildirib:

“Özü özünə yetməyən “bic” Ermənistan yenə dilənçilik edir və qardaş Türkiyədən yardım diləyir.

Türkiyə rəhbərliyinə müraciət edirəm:

“İnsanlıq borcu olsa belə, bu yardımı etmək olmaz.Çünki çörəyi dizinin üstündə olan riyakar ermənilərə olunan hər yardım sabah bir Azərbaycan əsgərinin ölümü anlamına gələcək. Ona görə də Ermənistana yardım şəklində olunan hər kiçik detal sabah Azərbaycan əsgərinə atılan bir mərmi kimi düşünülməlidir. Və yardım olarsa, Türkiyə rəhbərliyindən verilən heç bir izah qəbul edilməyəcək. Ona görə ki, qardaşın mərmisi ilə digər qardaşın öldürülməsinin heç bir izahı ola bilməz…”

Bənzər yazılar

Back to top button