İqtisadiyyatManşet

Ziya Məmmədovun oğlu Londonda 100 milyona mənzil aldı – Şahzadə ilə qonşudur (Foto)

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Allahın adını çəkib oğlunun Londondakı restoranlarını danması yadınızdadır? Londondakı restoranları bir yana, oğlunun Birləşmiş Krallıq paytaxtındakı mülkünün fantastik dəyəri belə “dodaq uçuqladır”. Keçmiş nazirin oğlu hazırda Londonun ən ultraluks yaşayış kompleksi olan “One Hyde Park”da yaşayır. Binadakı mənzillər nəinki Londonda, bütün dünyada ən bahalı hesab olunur. Buranın əsas sakinləri oliqarxlar və şeyxlərdir. Məşhur ukraynalı milyarder Rinat Axmetov, ingilis sığorta brokeri Rory Carvill, qazax müğənni Ana Aitjanova və ərəb şeyxi, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al Khaimah əmirliyinin vəliəhdi, Şeyx Mohammed Saud Sultan Al-Qasimi onun qonşularıdır.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

“Anar Məmmədovun bu mənzilə nə qədər ödədiyi bəlli olmasa da, mövcud qiymətlər bəzi ipucları əldə etməyə imkan verir. Məsələn, dubaylı tikinti maqnatlarından biri hazırda həmin binada sahib olduğu mənzili 111 milyon funt sterlinqə satışa çıxarıb. Ukraynalı milyarder Rinat Axmetovun isə “One Hyde Park”da mənzilinə 137 milyon funt-sterlinq ödədiyi haqda məlumat var”, – C.Həsənli qeyd edib.

Bənzər yazılar

Back to top button