Dünya

ABŞ Yaxın Şərqdəki bazalarına hücumlara “münasib vaxtda” cavab verəcək

Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlara özlərinə münasib vaxtda cavab verəcək.

Qaynarinfo bu barədə onun brifinqinə istinadən xəbər verir.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Yaxın Şərqdə yerləşən hərbi bazalarına İranın dəstəklədiyi terror qrupları tərəfindən həyata keçirilən son silsilə hücumlara “özlərinin semdiyi vaxtda və bildiyi şəkildə” cavab verəcək.

Bir gün əvvəl ABŞ prezidenti Co Bayden İranın ali lideri Əli Xamneyiyə xəbərdarlıq edərək bildirib ki, əgər Tehran və ya onun tərəfdarları ABŞ əsgərlərinə hücumu davam etdirərsə, Amerika buna cavab verəcək.

Pentaqonun mətbuat katibinin müavini briqada generalı Patrik Rayderin sözlərinə görə, oktyabrın 17-dən oktyabrın 24-dək İraq və Suriyada döyüş tapşırıqlarını yerinə yetirərkən Yaxın Şərqdəki ABŞ hərbçiləri 10 dəfədən çox PUA və raketlərlə hücuma məruz qalıb. Nəticədə onlarla ABŞ hərbçisi yaralanıb.

Bundan əvvəl Con Kirbi bəyan edib ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi halında ABŞ cavab verəcək. ABŞ ordusu həm müdafiə etməyə, həm də lazım gəldikdə cavab verməyə hazırlaşır.

Bənzər yazılar

Back to top button