Siyasət

Asim Mollazadə: “Türk Şurasının Zirvə Görüşü zamanın tələbi idi”

Aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının keçirdiyi videokonfrans beynəlxalq ictimaiyyətdə maraqla qarşılanıb. Konfrans zamanı ölkə başçıları koronavirus pandemiyası ilə mübarizədə öz təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

Bununla bağlı sherg.az-a danışan Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Zirvə görüşünü yüksək qiymətləndirib:

“Bu təşəbbüs göstərdi ki, Türk Şurasına daxil olan ölkələr ümumi bəlaya-koronavirus pandemiyasına qarşı birgə mübarizə aparır. Sözügedən Zirvə görüşü zamanın tələbi idi. Azərbaycan öz təcrübəsini digər dövlətlərlə bölüşdü. Bununla yanaşı, həm də səhiyyə sahəsində əməkdaşlığımız möhkəmləndi. İndi biz daha güclü olacağıq”.

Bənzər yazılar

Back to top button