Bürclər: 29 mart

by Aztoday Xəbər Portalı

Qoç – yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər.

Buğa – sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.

Əkizlər – pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun.

Xərçəng – intuisiya çox güclüdür və xoş, rahat situasiya yaratmaq üçün nə lazım olduğunu vaxtında bildirir. Yaradıcı potensial bir qədər zəifləyib, yaxşı ideyaların qıtlığı səbəbindən yeni layihələr üzərində iş bir qədər gecikə bilər.

Şir – problemlər var. Ancaq bu, fəlakət deyil, tezliklə hər şeyi bitirmək mümkün olacaq. Ünsiyyət xoş, maraqlı görüşlər çox olacaq. Fikirlərinizi, şübhələrinizi, planlarınızı bölüşmək üçün adam tapacaqsınız.

Qız – pis gün deyil. Səhər azacıq uğursuzluq qanınızı qaralda bilər. Amma bunun təsiri güclü olmayacaq, tezliklə “qara buludlar” çəkiləcək, kefiniz durulacaq və günün sonunadək yaxşı əhvalda olacaqsınız. Adi problemlərin qeyri-adi həll yollarını tapır və öz uğurlarınızla haqlı yerə qürrələnirsiniz.

Tərəzi – əzizlərinizlə ünsiyyət, ailə tədbirləri, romantik görüşlər üçün əla gündür. Tanışlıqlara can atmayın – onlar sizə istədiyinizi verməyəcək.

Əqrəb – sevinmək üçün bir neçə səbəbiniz olacaq. Uğurlu təsadüflər, xoş gözlənilməzliklər də bu sıradandır. Düzdür, ciddi qələbələrə hələ çox var, ancaq onların yoxluğu kefinizi pozmayacaq. İstənilən yaradıcı işlə məşğul olmaq olar. Qeyri-standart həllər, orijinal ideyalar bu gün, deyəsən, sizi daha tez tapır.

Oxatan – bu gün düşmənlərlə mübarizə üçün əladır – qələbə çalmaq şanslarınız çox yüksəkdir. Axşam maliyyə çətinlikləriniz yarana bilər. Alış-veriş etmək, vacib sənədlər imzalamaq məsləhət deyil. Səyahətə çıxmaq, yaxud başqa yerə köçmək olar.

Oğlaq – sizin sərbəstliyinizə azacıq kəm baxanın vay halına! Onun uğrunda kiminlə olsa, döyüşməyə hazırsınız. Pis odur ki, əlinizə çox zaman günahsız yaxınlarınız keçir, boş bir mübahisə ciddi bir münaqişəyə çevrilir.

Dolça – yaşlı qadınlarla aranızda fikir ayrılıqları yarana bilər. Onun məsləhətlərini dinləyin (ya da özünüzü elə göstərin ki, dinləyirsiniz), o zaman münaqişə yaranmaz. Pul, hədiyyə almağınız mümkündür.

Balıqlar – istənilən məşğuliyyət üçün xoş gündür, ancaq bu gün yaxşı olar ki, daha çox yaradıcı münasibət tələb edən işləri görəsiniz. Yaxşı ideyalarınız da, onları yerinə yetirmək üçün tərəfdaşlarınız da kifayət qədərdir. Səfərlər, ekskursiya və alış-veriş üçün çox əlverişli vaxtdır.

Milli.az

Bənzər Yazılar