CəmiyyətManşet

Azərbaycanda koronavirusdan sağalan xəstələr haradadır? Əgər evi tərk etsələr…(RƏSMİ)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb.

AzToday.az BAKU.WS-ə istinadən xəbər verir ki, yoluxanların sayında çoxalma müşahidə olunduğu kimi sağalanların da sayının artması sevindirici haldır.

Lakin sağalan koronavirus xəstələrinin aqibəti bir çoxlarında maraq doğurur. Bu şəxslər evə buraxılırmı? Evdə karantin şərtləri necə olur? Digər insanlarla ünsiyyət qurmalarına məhdudiyyət varmı? Sağalan insanlarla davranma prosedurunun nədən ibarət olmasını dəqiqləşdirmək məqsədi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirdi ki, Azərbaycanda koronavirusdan sağalan vətəndaşlarla mütəmadi olaraq əlaqə saxlanılır: “Onların səhhətində hər hansı dəyişikliyin baş verməsi nəzarətdə saxlanılır. Xəstəxanadan buraxılan şəxslər öz evlərinə gedirlər, lakin evdə karantin şərtlərinə riayət olunur. Onlar hələ xəstəxanada olarkən sənədlərə qol çəkirlər ki, müəyyən bir vaxt ərzində evlərini tərk etməyəcəklər və xüsusi bəndlərə riayət edəcəklər. Onlar evlərini tərk etsələr, artıq bu, cinayət məsuliyyətidir”.

Qeyd edək ki, Azərbaycanda eyni zamanda 12 nəfər COVID-19 virusundan vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Koronavirus şübhəsi ilə evdə karantinə alınan şəxslərə qulluq qaydaları:

Evin bütün üzvləri üçün əllər müntəzəm olaraq su və sabunla, xüsusilə öskürdükdən və ya asqırdıqdan sonra, yemək hazırlamadan öncə, hazırlayarkən və sonra, yeməzdən əvvəl, tualetdən istifadə etdikdən sonra, şübhəli şəxsə qulluq etdikdən sonra və əgər əllər görünən qədər çirklidirsə, yuyulmalıdır.
Şübhəli şəxslə gərəksiz təmasda olmamaq və mətbəx ləvazimatları, boşqab, fincan və dəsmal kimi şəxsi əşyalar birgə istifadə edilməməlidir.

Öskürərkən və ya asqırarkən ağız və burnunuzu dirsək büküyü bağlanılmalı və ya birdəfəlik salfetdən istifadə edilməli, istifadədən sonra dərhal atılmalıdır.

Evdə hər kəsin hərarət, öskürək kimi əlamətlərini müşahidə etməli, tənəffüs çətinliyi yaranarsa, dərhal Təcili Tibbi Yardıma zəng edilməlidir.

Bənzər yazılar

Back to top button