Hadisə

Azərbaycanda lüks avtomobil “saxla” əmri verən polisi vurdu

Hacıqabulda polis əməkdaşını avtomobillə vuran sürücü saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün saat 12.00 radələrində Hacıqabul rayonu ərazisində karantin rejimi ilə əlaqədar qurulan 2 stasionar postda qaydaları kobud şəkildə pozaraq polis əməkdaşını avtomobillə vuran sürücü və sərnişinlər saxlanılıb.

Araşdırmalar zamanı hadisəni törədən sürücünün Tərtər sakini, 1984-cü il təvəllüdlü “Vəkiloğlu” MMC-də (Patron tumları) direktor müavini vəzifəsində çalışan Məmmədov Elşad Malik oğlu olması müəyyən edilib. O, idarə etdiyi “Mercedes” markalı, 10 OO 018 dövlət nömrə nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun 60,5-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş stasionar postda polisin saxla işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Bundan başqa o, təkrar olaraq həmin magistralın 113-cü kilometrliyində yaradılmış stasionar postda xidmət aparan polis əməkdaşlarının saxla əmrinə də məhəl qoymayaraq posta daxil olub və həmin postda xidmət aparan Şirvan rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Mirzəli Mirzə Nofil oğlunu vurub.

Sürücü tutularkən onun birlikdə karantin rejimini pozan 2 sərnişini – Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Hüseynzadə Natiq Namiq oğlu və Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Fətəliyev Anar Akif oğlu da saxlanılıblar.

E.Məmmədov saxlanılarkən Hacıqabul RPŞ-yə məxsus “Ford” markalı avtomobilin arxa şüşəsini də sındırıb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***13:56

Bu gün saat 12 radələrində Bakı-Qazax avtomagistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

AzToday.az Publika.az-a istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkət edən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb.

10-00-018 dövlət nömrə nişanlı lüks avtomobil sürətlə hərəkət edərək, onu saxlamağa çalışan polisi vurub.

Polis serjantı dərhal həmkarlarının köməyi ilə xəstəxanaya aparılıb.

Əraziyə post-patrul xidməti əməkdaşları cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb.

Bənzər yazılar

Back to top button