Hadisə

ABŞ vətəndaşı Azərbaycan məhkəməsində vəkili təhqir etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) vətəndaşı F.R.Conekl Binəqədi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı vəkil Elnurə Zeynalovanı təhqir edib.

AzToday.az-ın “Report”a istinadən məlumatına görə, hadisə aprelin 5-də hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə baş verib.

1989-cu il təvəllüdlü F.R.Conekl barəsində miqrasiya qanunvericiliyini pozması ilə əlaqədar inzibati işə baxılıb.

Prosesdə dövlət hesabına təyin edilmiş müdafiəçi – 11 saylı vəkil bürosunun vəkili Elnurə Zeynalova təqsirləndirilən şəxs tərəfindən təhqir edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 221-ci xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Vəkil Elnurə Zeynalova “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, hələlik cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasa da, müvafiq araşdırmalar davam etdirilir.

Bənzər yazılar

Back to top button