Dünya

Məşhur türk həkimindən sensasiyalı bəyanat: Koronavirusa yoluxanların sayı 2 dəfə artıq ola bilər

Alpay Azap Türkiyədə xəstəliyin diaqnozunda istifadə edilən PZR testlərinin çox həssas olmadığını deyib

Türkiyədə geniş yayılan koronavirus xəsətlərinin sayı ətrafında hər gün yeni bir müzakirə açıldığı bir vaxtda Koronavirus Elmi Şurasının üzvü prof. Alpay Azapdan yenə sensasiyalı açıqlama gəlib.

AzToday.az Türkiyə mediasına istinadən xəbər verir ki, Alpay Azap Türkiyədə ictimaiyyətlə paylaşılan yoluxmaların sayının yalnız polimeraz zəncirvari reaksiya (PZR) testi müsbət çıxan xəstələrə aid olduğunu deyib. Onun sözlərinə görə, mövcud yoluxma hallarından 2 dəfə çox “Covid-19” xəstəsi ola bilər.

Yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Alpay Azap Türkiyədə xəstəliyin diaqnozunda istifadə edilən PZR testlərinin çox həssas olmadığını xatırladaraq, müalicənin xəstənin xəstəlik tarixindəki qeydlər və klinik nəticələrini nəzərə alaraq başlandığını söyləyib.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button