Dünya

Almaniya sovet əsgərlərini bu yolla xalq düşməninə çevirirdi – Tarix

Qələbələrini sürətləndirmək istəyən almanlar bunun üçün sovet hərbi əsirlərindən istifadə edirdilər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, düşərgələrinə maksimum sayda Qırmızı Ordu əsgərləri cəlb etmək üçün almanlar əsrilərin ac saxlanılmasından tutmuş pxsixoloji təzyiqlərə qədər bütün yollara baş vururdular. Buna dözə bilməyənlər düşmən tərəfə keçməyə məcbur olurdu. Bəziləri öz xalqına qarşı döyüşür, bəziləri isə Sovet tərəfə göndərildikdən sonra təslim olurdular.

Heç kimə sirr deyil ki, o zaman Sovet İttifaqı təkcə şəhidlərlə itki vermədi, əsir düşdükləri üçün milyonlarla əsgər və komandirini də itirdi. Alman tarixçi Kristian Ştrayt yazır ki, 1942-ci ilin qışının sonuna qədər 2 milyona yaxın sovet əsgəri öldürülüb.

19 iyun 1931-ci ildə qüvvəyə minən “Müharibə əsirlərinin müalicəsi haqqında” Cenevrə konvensiyasına məhəl qoymayan nasistlər Qırmızı Ordu əsgərlərini yemək və tibbi ləvazimatdan məhrum edərək, qəsdən ölümə tərk edirdilər. Lakin sovet hərbi əsirlərinin çətinlikləri bununla bitmirdi. Onlar üçün ən ağır zərbə psixoloji cəhətdən əzildikdən sonra Qırmızı Orduya qarşı döyüşmələri üçün işə götürülmələri idi. İşə daha çox sovet əsgəri cəlb etmək istəyən almanlar ən mürəkkəb metodlardan istifadə edirdilər. Bunlardan biri tutulan şəxsin mülki əhaliyə və partizanlara qarşı əməliyyatlarda iştirakı ilə bağlı şayiələr yayaraq, nüfuzdan salmaq idi. Yaxud da işgəncələrlə vətən xaini olmağa məcbur edilirdilər.

İşə götürülmüş hərbi əsirlərin təlimi SSRİ-nin işğal olunmuş ərazilərində yaradılan kəşfiyyat məktəblərində həyata keçirilirdi. Belə məktəblərin müəllim və təlimatçıları təhlükəsizlik işçiləri və Vermaxt hərbi kəşfiyyatçıları idi. Bütün müəllim heyəti rus dilində səlis danışır və Sovet ölkəsinin reallıqlarını yaxşı bilirdilər. Çünki müharibədən əvvəl bütün bunları öyrənmişdilər.

Məktəblərdə hazırlanan yeni agentlərin əsas hissəsinə təxribat – körpülərin, dəmir yollarının, elektrik xətlərinin partladılması – öyrədilir. Digərlərinə SSRİ silahlı qüvvələrinin quruluşunu öyrənmək üçün qazma, mühəndislik, paraşütlə tullanmaq və s. dərslər keçilirdi. Daha sonra hazır olan agentlər Alman ordusunun yüksək rütbəli zabitləri ilə görüşürdülər. Alman rütbəliləri agentlərin hərbi əməliyyatlar üçün hazırlığını yoxladıqdan sonra əsirlər əməliyyatlara göndərilirdi. Müharibə əsirləri almanlar üçün təkcə təxribat üçün deyil, eyni zamanda yaratdıqları Rusiya Milli Xalq Ordusu adlanan təşkilat üçün də lazım idi. RMXO könüllülər batalyonuna əsgərlərin cəlb edilməsi işini əvvəlcə Berlindəki rus mühacirlər, daha sonra isə inam qazanan RMXO zəbitləri yerinə yetirirdi.

Soveti öz əli ilə vurmaq üçün isə müxtəlif təbliğatlar aparılır, “Kolxoz təsərrüfatları sizə nə verəcək?”, “Sovet konsetrasiya düşərgələri uğrunda döyüşmək istərdinizmi?” və s. suallar verilirdi. Bu və ya digər metodlar çox zaman işə yarayırdı.

Əvvəllər hərbi əsirləri xidmət etdikləri qoşun növünə əhəmiyyət verməyərək RMXO-ya cəlb edirdilərsə, daha sonra ağ mühacirət nümayəndələri tankçı və pilotları qəbul etməkdən imtina etdilər. Bu, həmin qoşun növündə xidmət edən zabit və əsgərlərin ideoloji etibarsızlığı ilə izah olunurdu.

Bənzər yazılar

Back to top button