Gündəm

Turanın məşhur verilişi bağlandı: ATV kanalından AÇIQLAMA

Aparıcılığını Turan İbrahimovun etdiyi “ATV səhər” verilişi bu gün efirə getməyib.

Yeni mövsümdən hər gün səhər saat 09:00-da yayımlanan proqramın əvəzinə İlqar Mikayıloğlunun “İlqarla 1 gün”, ardından isə “Qız atası” serialı nümayiş edilib.

Sosial şəbəkədə T.İbrahimovun efirdəki qalmaqallı açıqlamalara görə verilişinin yayımının yenidən dayandırılması haqda müzakirələr aparılıb. T.İbrahimovla əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib.(Axşam.az)

Bizimyol.info proqramın bağlanması xəbərini dəqiqləşdirmək üçün ATV telekanalının proqram direktoru Tohit Əliyevlə alaqə saxlayıb.O saytımıza açıqlamasında proqramın yayımdan qalxdığını bildirib.

“Bu barədə məndən yox, ictimaətlə əlaqələr üzrə məsul şəxsə yığıb soruşsanız daha yaxşı olardı. ATV kanalının mətbuat katibi Turan İbrahimovdur. Ondan soruşun.Proqramın yayımdan qalxmağını soruşursuzsa, yayımdan qalxıb, amma Turan müəlimlə əlaqə saxlayın, o daha ətraflı açıqlama verəcək. Mən proqram direktoru olsam da, bu barədə açıqlama vermək səlahiyyətim yoxdu.”

Bildirək ki, Turan İbrahimov ATV-dən uzaqlaşdırılmayıb, o kanalın İctimaətlə əlaqələr departamentinin direktoru kimi işini davam etdirəcək.

Bənzər yazılar

Back to top button