GündəmManşetSiyasət

Azərbaycanın layihələri MDB üzrə tərəfdaşların nəqliyyat təhlükəsizliyinə şərait yaradır – İlham Əliyev

Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Bu barədə bu gün prezident İlham Əliyev Bişkekdə Birliyə üzv dövlət başçılarının sammitində çıxışında bildirib.

“MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək”, deyə Əliyev vurğulayıb.

Onun sözlərinə görə, keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.

Əliyev həmçinin Azərbaycanın MDB-də humanitar sahədə münasibətlərin inkişafına “böyük töhfə” verdiyini qeyd edib. O, Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığını bildirib.

Bənzər yazılar

Back to top button