İdman

“Qarabağ”da belə şeylər bağışlanılmır” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçirilən “Qarabağ” – “Sumqayıt” matçında qırmızı vərəqə alan Miçel Madeyra cəzalandırılıb.

Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

“Miçel cərimə olunub. Bunu hər bir futbolçu bilir ki, “Qarabağ”da belə şeylər bağışlanılmır. Bunu mən də, futbolçu da normal qarşılayır. Yaratdığımız intizamdan uzaqlaşmalı deyilik. Siravi işçidən turmuş futbolçuyadək hər kəs intizamsızlığa görə cavab verməlidir. Miçelin sabah meydanda olma ehtimalı çoxdur”.

Qeyd edək ki, sözügedən qarşılaşmada ispaniyalı yarımmüdafiəçinin qırmızı vərəqə alması baş məşqçisinin etirazına səbəb olmuşdu.

Bənzər yazılar

Back to top button