İdman

“Belə fikir formalaşıb ki, “Barselona” fəlsəfəsinə daha çox diqqət ayırıram” – Qurban Qurbanov

“Mənim bu klubda 14 il olmağım… Sevə-sevə “Qarabağ”da işləyirəm. Bu kluba sadiq olmağım da məncə, bu ada görə daha çox olub. Sonra gəlir rəhbərliklə bizim aramızda münasibət, bir-birimizə olan inamımız, güvənimiz. İnsan hər yerdə öz peşəsində öz istədiyini rəhbərliyə bildirirsə, çox insan onu əldə edə bilmir. Burada əgər yaxşı iş görmək, uğurlu nəticə əldə etmək istəyirdiksə, rəhbərliyin mənim təkliflərimə, tələblərimə güvəni çox vacib idi. Sağ olsunlar, mən dəfələrlə bunu çəkinmədən deyirəm”.

Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA-nın Ağdam təmsilçisindən hazırladığı reportajda deyib.

O bildirib ki, ən böyük təcrübəsi “Barselona”da, onların akademiyasında olduğu müddətdə olub: “Çünki çox mükəmməl iş görülmüşdü, qurulmuşdu. Bunu çox azarkeş də eşitmişdi. Elə sizlər, media işçiləri. Ona görə belə bir fikir formalaşdı ki, o komandaya daha çox azarkeşlik edirəm, o, fəlsəfəyə daha çox diqqət ayırıram”.

Baş məşqçi söyləyib ki, Azərbaycan reallığında klub olaraq çox böyüyüblər: “Baxmayaraq ki, bunları gec əldə etmişik, amma Çempionlar Liqasının, Avropa Liqasının, Konfrans Liqasının qrupunda oynamışıq. Bunların hər biri böyük təcrübədir”.

Bənzər yazılar

Back to top button