ManşetSiyasət

Erməni politoloqlar arasında panika və revanşizm

44 günlük Qarabağ müharibəsində məğlubiyyətdən sonra üçüncü ildir ki, Ermənistanın ekspert cameəsində revanşist təbliğatın səviyyəsi artır. Laçın yolunda bir ay yarım davam edən ekoloji piket yerevanlı politoloqların çağırışlarında üsyankarlığın dərəcəsini bir az da artırıb.

“Ermənistan və Arsax həyat qabiliyyətli deyil, onlar xalqımızın təhlükəsizlik problemlərini həll edə bilməzlər”, – “Voskanapat” Analitika Mərkəzinin rəhbəri Qrant Melik-Şahnazaryan bildirib.

“öz maraqlarımızı yenidən müdafiə edə bilmək, düşmənlərimizin olduğu regionda digər ölkələrlə tərəfdaşlıqda olmaq üçün bizə müharibə və qələbə lazımdır. Xalqımızı buna hazırlamaq lazımdır “. O, Laçın yolu ilə bağlı mübahisədə Azərbaycana güzəştə gedilməsinin əleyhinədir: “Əgər Laçın dəhlizi güzəşt hesabına blokadadan çıxarsa, o zaman ən yaxşısı elə bağlı qalsın”.

“Bütün beynəlxalq və regional göstəricilər Sünikin ciddi danışıqlar və müharibə predmetinə çevriləcəyindən xəbər verir”, – “Genesis Armenia” beyin mərkəzinin baş direktoru, siyasi elmlər namizədi Abraham Qasparyan bildirib.

“Biz bunu istəsək də, istəməsək də, Ermənistan və Arsax ən həlledici, ən böyük müharibə ilə üz-üzədir”, – siyasi analitik Arman Abovyan bildirib. O hesab edir ki, yeni müharibənin nəticəsi ermənilərin ərazi itirməsi olacaq, Bakının isə Yerevana raket atmasına heç nə mane olmayacaq.

“Paşinyan komandasının yaydığı “sülh dövrü”nün açılması barədə mesajlar ermənilərin təhlükəsizliyinə əsas təhdiddir”, – Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru, politoloq Suren Sarkisyan deyib.

İstanbulda yaşayan sülhməramlı İşxan Verdyan Yerevanlı politoloqların revanşist çağırışlarını şərh edərkən deyib ki, bu cür çağırışları keçmiş prezident Robert Köçəryanın tərəfdarları yayırlar.

“Sadə erməni xalqı keçmiş prezidentləri dəstəkləmir və Azərbaycanla sülh əldə olunmasını istəyir”, – Verdyan deyib.(Turan)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button