Dünya

Şahzadə Salmanın 500 milyardlıq layihəsinə mane olan şəxs öldürüldü (İDDİA)

Səudiyyə Ərəbistanı Camal Qaşıqçı sui-qəsdindən sonra daha bir cinayət xəbəri ilə çalxalanır.

Qaynarinfo xarici mtbuata istinadən xəbər verir ki, Səuiyyənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın 500 milyard dollarlıq Neom meqa şəhər layihəsinin gerçəkləşdiriləcəyi bölgədə evini tərk etmək istəməyən Əl-Hovəti adlı şəxsin öldürüldüyü iddia edilib.

Yerli mətbuatın yazdığına görə, şəhər üçün İordaniya sərhəddinə yaxın bir yer seçilib. Lakin burada məskunlaşan şəxs dövlətin xəbərdarlıqlarına baxmayaraq evini tərk etməyib. Onun Səudiyyə rəsmiləri tərəfindən təhdid edildiyi, daha sonra isə öldürüldüyü iddia olunub. Həmçinin əl_Hovətinin ölüm xəbərinin təsdiqləndiyi də bildirilib. Məlumata görə, o, təhlükəsizlik qüvvələrinə atəş açıb və molotof kokteyli atıb. Təslim ol xəbərdarlığına tabe olmadığı üçün də vurulub.

Qeyd edək ki, şəhərin 26 min 500 kv. metr sahə üzərində qurulacağı planlaşdırılırdı.

Bənzər yazılar

Back to top button