Analitikaİqtisadiyyat

Deputat Azər Kərimlinin biznesi aşkara çıxdı – Xarici ölkədə vergi ödəyicisi imiş (SƏNƏD)

Qaxın deputatı Rusiyada vergi ödəyicisi kimi öhdəlik daşıyıb

“Azər Kərimli 17 il ərzində millət vəkili statsu ilə Rusiya qarşısında vergi ödəyicisi kimi öhdəlik daşıyıb. Amma tərcümeyi-halında Moskvadakı biznes fəaliyyəti ilə bağlı məlumatlarda saxtakarlığa yol verib, ictimaiyyəti aldadıb”.

Qlobal.Az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, deputat həm rəsmi, həm qeyri-rəsmi bioqrafiyasında Rusiyada təsisçisi və rəhbəri olduğu “Fəxri” MMC-nin (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “ФАХРИ”) guya deputatlığından bir il əvvəl, yəni 1999-cu ildə fəaliyyətini dayandırdığını qeyd edib.

“Amma əlavələrdə sizə təqdim etdiyim sənədlərdən bəlli olur ki, şirkət cəmi 3 il əvvəl, 2017-ci ilin noyabrında fəaliyyətini dayandırıb. Şirkət deputatın tərcümeyi-halında qeyd edildiyi kimi 1991-ci ildə deyil, 1997-ci ilin iyulun 24-də təsis olunub, 2003-cü ilin yanvarın 27-də Azər Kərimlinin Hüseynov Adil Həmid oğlu ilə ortaqlıq qərarı ilə bağlı reyestr məlumatları yenilənib”, – bildirib.

Sənədlərdən aydın olur ki, Azər Kərimli Moskvada topdan ayaqqabı satışı ilə məşğul olub. 2017-ci ilin sonlarında Rusiyadakı şirkətini ləğv edən deputat 2018-ci ilin sentyabrında oğlu Fəxri Kərimlinin adına İngiltətədə KARİMLİ LİMİTED (CARRIMLI LIMITED) əmlak şirkətini qeydiyyatdan keçirib.

Azər Kərimli 112 saylı Qax seçki dairəsindən deputatdır.

Bənzər yazılar

Back to top button