“Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.
AzToday.az Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib.
O bildirib ki, “Sovetski” adlanan ərazidə birinci gündən son vaxta qədər heç kim orada belə yaxşı şərait qurulmasına inanmırdı:
“Çox adam düşünürdü ki, orada yeni evlər tikiləcək. Həmin insanlar özləri üçün yaxşı şəraitli ev ala bildilər. Orada yaradılan şərait hamısı insanlar üçündür”.