GündəmHadisə

Ziyafət Əsgərov Məzahir Pənahovun oğlu ilə qonşuluqdan cana doyub

Mili Məclisin birinci vitse spikeri Ziyafət Əsgərov üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovla qonşu olmaq əzaba çevrilib.

Belə ki, Məhəmməd Pənahovun eyş-işrət məclislərinin səs-küyü Ziyafət Əsgərovun həyatının kabusu olub.

Bu barədə AzMedia.info saytını məlumatlandıran mənbənin bildirdiyinə görə oğlunun hədsiz özbaşınalıqlarına və nalayiq hərəkətlərinə görə Ziyafət Əsgərov dəfələrlə Məzahir Pənahova telefon açaraq şikayət etsə də, problem öz həllini tapmır. Çünki Məhəmməd Pənahov atasını qətiyyən dinləmir və demək olar ki, atası ilə ünsiyyət saxlamır.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Mənbə bildirir ki, ziyalıların evi kimi bilinən Nizami metrosunun arxasında yerləşən binada Məzahir Pənahovla Ziyafət Əsgərov qonşu olublar. Məzahir Pənahovun həmin binada yaşadığı zaman nə MSK sədri, nə də Mili Məclisin birinci vitse spikeri bu qonşuluqdan narazı olmayıblar. Lakin sonradan Məzahir Pənahov həmin binadan köçıb və mənzili oğluna verib. Bundan sonra isə Ziyafət Əsgərovun qara günləri başlayıb.

Mənbənin bildirdiyinə görə Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovun 40-a yaxın yaşı olsa da, Bakıda eyş-işrət məclislərinin təşkilatçılarından biri kimi tanınır. Hər kəsin Mamed kimi tanıdığı Məhəmməd Pənahovun həmçinin narkotik aludəçisi olduğu bildirilir. Adətən Mamed gecə saatlarında dostları ilə evə gəlir. Onları bir qayda olaraq yüngül əxlaqlı qadınlar müşahidə edir. Bir qədər sonra isə mənzildən qalxan səs-küy və eyş-işrət səsləri qonşuları ciddi şəkildə narahat edir. Bu səs-küydən isə ən çox Ziyafət Əsgərovun rahatlığı pozulur.

Probolemlə bağlı qonşular şikayət etsələr də, bu şikayətlərə baxan belə olmur. Çünki Mamedin hüquq-mühafizə orqanlarında ciddi əlaqələrinin olduğu bildirilir. Ziyafət Əsgərov isə Məzahir Pənahova görə dözür və Məhəmməd Pənahovun özbaşınalıqlarına son vermək üçün öz nüfuzundan istifadə eləmir.

Qeyd edək ki, 2010-cu ildə MSK sədrinin oğlunun özbaşınalıqlarından cana doyan və Məhəmməd Pənahova etiraz edən Tibb Universitetinin professoru, məhkəmə təbabəti kafedrasının baş müəllimi Oleq Mirzəyev döyülmüşdü. Məsələ polis tərəfindən araşdırılsa da, professoru döyən Məhəmməd Pənahov cəzalandırılmamışdı. Bu barədə həmin vaxt mətbuatda yayılan məlumatda bildirilirdi ki, həyətdə uşaqların və qadınların yanında bərkdən söyüş söydüyünə görə professor Oleq Mirzəyev Məhəmməd Pənahova etiraz etdiyinə görə ağır şəkildə döyülmüşdü.

Mənbə bildirir ki, uzun müddətdir ki, Məzahir Pənahov hər kəsə oğlundan imtina etdiyini və onunla heç bir əlaqəsinin olmadığını söyləməsinə baxmayaraq, MSK sədrinin bütün biznes obyektlərini məhz Məhəmməd Pənahov idarə edir. Həmin biznes strukturlarından əldə etdiyi gəlirləri isə Məhəmməd Pənahov eyş-işrətə sərf edir. Məhəmməd Pənahovun heç vaxt evlənməsə də, atasının ona verdiyi mənzildə ayrı-ayrı qadınlarla yaşayır. Adətən bir neçə aydan sonra Məhəmməd Pənahov yaşadığı qadını söyüb, döyür və evdən qovur. Bundan sonra isə evə başqa bir qadın gətirir. Bu həmişə belə davam edir.

Qeyd edək ki, Məhəmməd Pənahovun Məzahir Pənahovun böyük oğludur. MSK sədri ona, Tovuzda Tat məhəmməd deyə tanınan atasının adını verib. Tat Məhəmməd Tovuzun tanınmış şəxslərindən olub və hələ sovet dönəmində ümummilli lider Heydər Əliyevlə dostluq münasibəti olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button