Dünya

Respublikaçılar təhdid etdi: “Bayden prezident seçilərsə…”

Sabiq vitse-prezident Demokrat Co Baydenin ABŞ-ın növbəti prezidenti olacağı təqdirdə Respublikaçılar Partiyası onu impiçment etməyə çalışacaq.

Qaynarinfo “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə respublikaçı senator Coni Ernst bildirib.

Senatorun fikrincə, Konqresdəki Demokratlar ABŞ prezidenti Donald Trampa qarşı başladılan impiçment prosedurunun “nəticələrini tam başa düşmürlər”.

Ernstin sözlərinə görə, “Baydenin prezident seçilməsindən dərhal sonra respublikaçıların ona impiçment tətbiq etmək istəyəcəyi vəziyyət yarana bilər”.

Baydenə qarşı irəli sürülən ittihamların səbəbi oğlu Hanter Baydenin ildə 1 milyon dollardan çox qazandığı “Burisma” Ukrayna şirkətinin idarə heyətində yer alması ola bilər. Həmin vaxt Bayden korrupsiyanın aradan qaldırılması sahəsində Ukrayna ilə əməkdaşlığa cavabdeh olub.

Bənzər yazılar

Back to top button