Siyasət

Samvel Şahramanyan Ermənistana getdi, Qarabağda separatizmə son qoyuldu

Separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan bu gün Qarabağdan Ermənistana gedib. Bu barədə Ermənistan KİV separatçıların “parlamenti”nin “deputatı” David Qalstyana istinadən bildiriblər.

Şahramanyan əvvəlcə Qarabağda erməni qoşunların tərksilah edilməsi barədə ultimatumu qəbul edərək, sonra isə qanunsuz quruluşu buraxaraq rejimin ləğvi üzrə öz “missiyasını” yerinə yetirib.

Ötən gün separatçı rejimin qalıqları son məmurlar və güc qüvvələri də Qarabağdan Ermənistana gediblər.

Beləliklə, Qarabağda separatizmə son qoyuldu.

Xatırladaq ki, ötən gün separatçı rejimin üç keçmiş rəhbəri – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan saxlanılıb.(Turan)

Bənzər yazılar

Back to top button