Dünya

Erməni ordusu 16 əsgər itirib

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb

Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi Ermənistan silahlı qüvvələrində 2020-ci ilin yanvar-mart aylarında hərbçilərin ölümü ilə bağlı statistikanı təqdim edib.

AzToday.az “Armenainreport.com”a istinadən xəbr verir ki, məlumatlar KİV-dən və rəsmi mənbələrdən, habelə insan hüquqları təşkilatının Müdafiə Nazirliyinin, Baş prokurorluğun və İstintaq Komitəsinin sorğularına verdiyi cavablar əsasında toplanıb.

Ofisin məlumatına görə, 2020-ci ilin birinci rübündə işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələr də daxil olmaqla Ermənistan silahlı qüvvələrində 16 ölüm hadisəsi qeydə alınıb: özünqəsd və ya özünqəsd həddinə çatdırma – 5, səhhətindəki problemlərlə əlaqədar – 5, qəza – 4, atəşkəs rejiminin pozulması – 1, yol qəzası – 1.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölənlərin sayı 3 nəfər artıb. Belə ki, 2019-cu ilin ilk üç ayında 13 ölüm hadisəsi qeydə alınıbmış.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button