Dünya

Britaniyada koronavirusdan ölənlərin sayı açıqlanıb

Böyük Britaniyada son sutkada 888 nəfər COVID-19-un qurbanı olub.

“Report” xəbər verir ki, bunu krallığın Səhiyyə və Sosial Müdafiə Nazirliyi açıqlayıb.

Məlumata görə, Birləşmiş Krallıqda ölənlərin sayı 15 464-ə çatıb. Yoluxma faktlarının sayı daha 5 526 nəfər artaraq 114 217-yə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 275 000-i ötüb. Bunların 582 424 nəfəri sağalıb, 156 104 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bənzər yazılar

Back to top button