Hadisə

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.

AzToday.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, M.Nəbiyev ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, o, 2000 – 2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin sədri, 2011 – ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifələrində çalışıb.

Bənzər yazılar

Back to top button