DünyaHadisə

Avropaya qaçmaq istəyən bir qrup azərbaycanlı saxlanılıb (VİDEO)

Türkiyədə bir qrup azərbaycanlı Avropaya qaçarkən yaxalanıb.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat ölkənin Çorum şəhərində keçirilib.

Aralarında Əfqanıstan vətəndaşlarının da olduğunu 200 nəfərdən ibarət qrup TIR-ın yük yerində sərhəddi keçməyə cəhd ediblər.

Çorumun Osmancıq qəsəbəsində polislər şübhələndiklərin TIR-ı saxlamağa çalışıblar. Polisin qanuni əmrinə tabe olmayan sürücü yüksək sürətlə yoluna davam edib. Bir müddət polisdən qaçan TIR sürücüsü vəziyyətin gərgin olduğunu gördükdə maşından düşərək qaçıb. Daha sonra Türkiyə ərazisində qeyri-qanuni yollarla daxil olan miqrantlarda TIR-dan düşərək qaçmağa başlayıblar.

TIR yük yerində olan digər miqrantlar çölə çıxarılıb. 200 nəfərdən ibarət qrup 1000 dollar qarşılığında Bakıdan TIR-a mindirilib. Onlar qaçaq yolla Avropaya keçmək istəyiblər. Onlar arasında 50-dən çox uşaq və 11 qadın var.

TIR-da olan hamilə qadın da olub. Onun sancıları çoxaldığı üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Daha sonra Sürücü və qaçan vətəndaşların axtarışına başlanılıb. Miqrantlar qısa müddət ərzində yaxalansalar da, sürücünün axtarışları davam etdirilir.

Bənzər yazılar

Back to top button