DünyaXəbərlər

Türkiyədən “Kürdüstan” məsələsində geri addım

“Bizim üçün əsas olan ölkəmizin mənfəətidir, kürd muxtariyyətində iş görən türk şirkətlərinin 1.9 milyard dollar alacaqları var”

“İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinə iqtisadi sanksiyalar tətbiq eləmək haqda düşünmək belə, çox təhlükəlidir”. Sputnik “Hürriyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi, jurnalistlərin gündəmə dair suallarını cavablandırarkən deyib.

“Ticarətlə, iqtisadiyyatla bağlı fəaliyyətlərimizi davam etdirəcəyik. Şimali İraqla ticarət davam etməlidir. Nazirlər Kabinetinin sonuncu iclasında da bu düşüncəmizin əksinə qərarlar qəbul edilmədi” — nazir bildirib.

“Bizim üçün əsas olan ölkəmizin mənfəətidir. Kürd muxtariyyətində iş görən türk şirkətlərinin 1.9 milyard dollar alacaqları var. Bunları görməzdən gələ bilmərik. Hələ ki, hökumətimiz regional rəhbərliyə qarşı qərarlar verməyib, ona görə də indiki məqamda ticari əlaqələri dondurmaq yanlışdır” — Nihad Zeybəkçi əlavə edib.

Bənzər yazılar

Back to top button