İdman

“Sən 116 milyon avroya alınmış birisənsə…” – Deklan Rays

İngiltərə millisinin və London “Arsenal”ının yarımmüdafiəçisi Deklan Rays özünün transfer qiyməti barədə fikirlərini bölüşüb.

Fanat.az xəbər verir ki, onun dediklərini şəxsi “X” hesabı üzərindən jurnalist Mark Mann-Brayans belə çatdırıb:

“Sən 116 milyon avroya alınmış birisənsə, bu fakt istənilən halda, qəribə hisslər yaradır. Mən özüm – Deklan Rays olmağı, başqalarından fərqlənməməyi doğru yol sayıram”.

24 yaşlı Rays “Arsenal”a bu yay “Vest Hem”dən transfer olunub. “Topçular”a 116,6 milyon avroya başa gələn 24 yaşlı oyunçu müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb. Cari mövsüm London təmsilçisinin forması ilə bütün turnirlərdə 18 matça çıxan orta xətt oyunçusu 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button