Dünya

ABŞ-ın müdafiə nazirini Əfqanıstanda öldürmək istədilər

Əfqanıstanın paytaxtı Kabildə hava limanına raket zərbələri endirilib.

AzToday.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hava limanına və onun ətrafına 30-dək raket buraxılıb.

Bununla əlaqədar hava limanında bütün reyslər ləğv olunub və təxliyə həyata keçirilib.

Bir az əvvəl məlum olub ki, hava limanının bombalanması ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması öz üzərinə götürüb.

Qruplaşmanın yaydığı bəyanatda zərbələrin hədəfinin ABŞ-ın müdafiə naziri Ceyms Mettisin olduğu deyilib.

Qeyd edək ki, Pentaqon rəhbəri C.Mettis və NATO-nun baş katibi Yens Stoltenberq bu gün səhər saatlarında Kabilə elan olunmamış səfər ediblər.

Bənzər yazılar

Back to top button