Hadisə

“Əlini dişlədim ki, buraxsın vurum” – Sevgilisi tərəfindən tərk edilən qadın həmyerlisini bıçaqladı (VİDEO, FOTO)

Gədəbəydə qadın həmeyrlisini bıçaqladı.

AzToday.az ARB TV-yə istinadən xəbər verir ki, bıçaqlanma rayon mərkəzində qeydə alınıb.

Arıqdam kənd sakini 30 yaşlı Ulduz Musayeva mübahisə zəmnində Çalburun kəndindən olan 25 yaşlı Sahib Rüstəmova xəsarət yetirib.

Əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına ilkin tibbi yardım göstərilən gənc daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralıya qarının daxilə nüfuz edən kəsilmiş deşilmiş yara diaqnozu qoyulub.

Mübahisə zamanı ayağından xəsarət alan qadının müalicəsi isə Gədəbəydə davam etdirilir.

Ulduz Musayeva hadisəyə səbəb kimi qeyri-rəsmi nikahda olduğu Kamil adlı şəxsin onu atmasını göstərir. Və sevdiyi şəxsin bu addımını qəbul etməyərək onu öldürmək qərarına gəlib. Küçədə mübahisə edən tərəfləri sakitləşdirmək istəyi isə Sahib Rüstəmova baha başa gəlib.

Ulduz Musayeva – Təqsirləndirilən şəxs: “Dedi səninlə qurtardım. Mən də arxasınca gəldim. Zəng edəndə dedi ki, restorandayam. Mənə acıq verdi ki, yanımda kimlər var, nə bilim belə elə. Mən də gəldim orada çəkişdim. Bıçağı əlimdən almaq istədi. Məndə qollarını əlini dişlədim ki, buraxsın vurum. Ona kimi bu yetim araya girdi bıçaqda buna girdi”.

Sevginin cinayətkara çevirdiyi qadının əməlinə Gədəbəy Rayon Polis Şöbəsində aparılan istintaqın yekununda hüquqi qiymət veriləcək.

Bənzər yazılar

Back to top button