Dünya

“Tom və Cerri”nin məşhur rejissoru dünyasını dəyişdi

Amerikalı animator və rejissor Yucin Merrill “Cin” Deyç 95 yaşında Praqada vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu haqda “The Hollywood Reporter” jurnalı məlumat verib. O, “Dənizçi Popey”, “Tom və Cerri” cizgi filmlərində yaratdığı bəzi epizodlarla məşhurluq qazanıb.

Bundan əlavə, “The Hobbit”, “Alisa Parisdə”, “Silvester və sehrli kristal” və “Blaffinlər” kimi cizgi filmləri üzərində işləyib.

O, 1959-cu ildə yerli qız Zlenkaya aşiq olaraq Çexoslovakiyaya köçüb və onunla evlənib. 2003-cü ildə Deyç ömrünü animasiya sənətinə verdiyi üçün “Enni” mükafatına layiq görülüb.

Bənzər yazılar

Back to top button