İdman

“Barselona”dan ayrılır – Sabiq klubunda oynamaq istəyir

“Barselona”nın qapıçısı Netu mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.

Fanat.Az “Superdeporte”yə istinadən xəbər verir ki, Netu sabiq klubu – “Valensiya”ya qayıtmaq istəyir. Braziliyalı qolkiper komandadakı vəziyyətindən narazıdı. O, daha çox oyun təcrübəsi əldə etmək, o cümlədən millidə Alisson Beker və Ederson Moraeslə rəqabət aparmaq niyyətindədi.

“Barselona” 20-25 milyon avro qarşılığında Netu ilə yolları ayırmağa hazırdı. “Valensiya” tərəfi 30 yaşlı qapıçını geri qaytarmaqda maraqlıdı. Yasper Sillessenin gözləntiləri doğrultmadığı bildirilir.

Ötən yay “Barsa”ya transfer olunan Netu, cari mövsümdə La Liqada 1 matçda meydana çıxıb və qapısında 2 qol görüb.

Bənzər yazılar

Back to top button