Siyasət

Avropa İttifaqının nazirlər görüşündə Azərbaycanla Ermənistan arasında münasibətlər müzakirə ediləcək

Noyabrın 13-də Brüsseldə Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin növbəti görüşündə Azərbaycan və Ermənistan arasında danışıqlar müzakirə olunacaq.

Avropa İttifaqının məlumatında deyilir ki, görüşün gündəliyinə İsrail və HƏMAS arasında münaqişə də daxildir.

Digər müzakirə mövzusu Ukraynada müharibə, bu ölkəyə maliyyə, hərbi yardım və təhlükəsizlik zəmanətinin verilməsi olacaq.

Qeyd edək ki, əvvəlki görüşdə nazirlər Ermənistanla Azərbaycan arasında nizamlanma məsələlərinin müzakirəsini təxirə salmışdılar.(Turan)

Bənzər yazılar

Back to top button