İdman

“Beşiktaş”da ayrılıq

“Beşiktaş”da icarə əsasında çıxış edən, “Liverpul”un qapıçısı Lorius Karius klubun maaşını ödəməməsindən narazıdı.

Fanat.Az “NTV Spor”a istinadən xəbər verir ki, Kariusun “Beşiktaş”la müqaviləsinə xitam verilib. Alman qolkiper “Liverpul”a qayıdır.

Karius FIFA-ya müraciət ünvanladıqdan sonra “Beşiktaş” ona 1,6 milyon avroluq borcla bağlı yeni ödəmə planı təklif etmişdi. Lakin təkliflə razılaşmayan 26 yaşlı qapıçı sözləşməni birtərəfli qaydada ləğv etmək hüququndan istifadə edib.

Qeyd edək ki, “Beşiktaş” 2018-ci ildə Kariusu iki il müddətinə icarəyə götürmüşdü.

Bənzər yazılar

Back to top button