İdman

«Qarabağ» Çempionlar Liqasında ilk qolunu vurdu – (YENİLƏNİR)

Bu gün Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ” növbəti matçına çıxib.

“Qaynarinfo” xəbər verir ki, qitənin ən nüfuzlu turnirindəki təmsilçimiz İtaliya nəhəngi “Roma” ilə qarşılaşacaq. Təbii ki, meydana italyanlar favorit qismində çıxacaq. Amma “Qarabağ”ın evdə oynaması azərbaycanlı futbolsevərləri müəyyən mənada ümidləndirib. Yəni, güclü azarkeş dəstəyi, evdə oynamaları, bir qədər də komandanın diqqətli olması sərfəli nəticəyə gətirib çıxara bilər. Üstəlik deyilənə görə satışa çıxarılmış bütün biletlər sahibini tapıb. Deməli komandamızı güclü dəstək gözlədiyini söyləyə bilərik. Təbii ki, azarkeşlər fəallıq nümayiş etdirsə, bu ən azı “Qarabağ”ın bacardığından daha yüksək səviyyədə oynamasına gətirib çıxara bilər. Digər tərəfdən 70 min adamın bir oyuna gəlməsi isə ölkəmiz üçün yeni rekord olacaq. Qurban Qurbanovun komandasının öz oyun üslubuna sadiq qalması və bu cür rəqibə qarşı açıq futbol oynaması isə marağı daha da artıra bilər. Hər halda yaxşı nəticəyə ümid edək.

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu

27 sentyabr

20.00 Qarabağ (Azərbaycan) – Roma (İtaliya) 1:2

Qollar: Pedro Enrike, 28 – Kostas Manolas, 7. Edin Dzeko, 15.

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov.

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana.

Baş məşqçi: Qurban Qurbanov.

Roma: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi.

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson.

Baş məşqçi: Eysebio Di Françesko.

Hakimlər: Artur Dias, Rui Tavares, Paulo Soares, Tiaqo Martins, Joao Pineyro, Bruno Rodriqes (Portuqaliya).

Hakim-inspektor: Haim Yakov (İsrail).

UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).

Bakı Olimpiya stadionu.

Bənzər yazılar

Back to top button