Bürclər: 30 mart

by Aztoday Xəbər Portalı

Qoç – ailədə uzun sürən qanqaraçılığa son qoymaq, yaxınlarınıza qarşı etdiyiniz səhvləri düzəltmək imkanı yaranacaq. Maliyyə vəziyyəti aydınlaşacaq, öz imkanlarınızı düzgün qiymətləndirməyə və gələcək üçün planları müəyyənləşdirməyə çalışın.

Buğa – yarımçıq qalan işlərinizi bitirə, sizi narahat edən suallara cavab tapa bilərsiniz. Aldığınız məlumatdan xoşunuz gəlməsə də, ondan yararlanmağa çalışırsınız. Ailənizin həyatında yeniliklər, dəyişikliklər mümkündür, bunlara qərəzsiz yanaşmağa çalışın.

Əkizlər – daşınmaz əmlak alqı-satqısı üzrə müqavilələr bağlamaq, təmirə başlamaq, mebel və məişət texnikası almaq olar. Təhsilə, istirahətə, sağlamlıq tədbirlərinə pul xərcləməyiniz pis olmaz.

Xərçəng – ailə üzvlərinizdən biri ilə bağlı qəfil xəbər sizi çaşdıracaq. Şəxsi problemlərinizi bir kənara qoyub, başqalarının işlərini həll etməli olacaqsınız. Bunların sayı heç də az deyil. Üstəlik, bütün məsuliyyət sizin boynunuza düşür.

Şir – işə köklənmək, yaradıcı ideyalarınızı gerçəkləşdirmək asan olacaq. Təklikdə daha rahat işləyirsiniz, amma sizin etibarlı tərəfdaşlarınız da var, niyə işinizin bəzi qismini onlara həvalə etmək istəmirsiniz? Yeni tanışlıqlar böyük ehtiyat tələb edir, xüsusilə əgər iş maliyyə və əmlak məsələlərilə əlaqəlidirsə.

Qız – asan olmasa da, yaxşı gündür. Məqsədyönlülüyünüz təqdirəlayiqdir, amma bəzən yanlış yola sapırsınız. Bəzən geri çəkilmək çox effektli bir strateji manevrdir – bunu unutmayın. Müqavilələr imzalamaq, xüsusilə yeni iş ortaqlarınızla sövdələr bağlamaq olar.

Tərəzi – yaxınlarınızla aranızdakı fikir ayrılıqları təəssüf doğurur. Öz nöqteyi-nəzərinizi çox sərt müdafiə edir, dilinizi saxlamır, insanları incidirsiniz. Uşaqlardan, yaxud sizdən kiçik qohumlarınızdan birinin qəlbinə dəyə bilərsiniz.

Əqrəb – işgüzar keyfiyyətləriniz güclənir, bu, rəqiblərinizi zəiflədir, rəhbərliyin və iş ortaqlarınızın gözündə isə sizi qaldırıb dağın başına qoyur. Yeni iş yerində vəzifələrinizin icrasına, yaxud müstəqil biznes-layihənizin gerçəkləşdirilməsinə başlaya bilərsniiz. İşgüzar danışıqlarda ehtiyatlı olun – sizə cənnət bağçaları vəd edib aldada bilərlər.

Oxatan – tamahınızı durdurmaq çətin olacaq. Düşünülməmiş hərəkətlərə yol verə bilərsiniz. Ancaq emosiyalarınızı vaxtında cilovlaya bilsəniz, o zaman düzəldilməsi çətin olan səhvlərdən qaça bilərsiniz.

Oğlaq – gözlənilməz və xoş görüşlər günüdür. İstənilən hadisədən yararlana bilirsiniz. Yaxınlarınızla aranızda fikir ayrılığı yaranmır. Müştərək işlərə və layihələrə başlaya bilərsiniz. Dediyinizin üstündə durmaqdan çəkinməyin: ideyalarınız düzgündür, bunlarla razılaşmayanlar isə tezliklə peşman olacaqlar.

Dolça – sövdələr bağlamaq, maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Səyahətə və yaxud bir yerdən başqa yerə köçməyə hazırlaşa bilərsiniz: heç bir xırdalığı nəzərdən qaçırmayacaqsınız. Maraqlı dəvətlər alacaqsınız, ziyafətlər kefinizi qaldıracaq. Yatmazdan əvvəl gəzintiyə çıxın.

Balıqlar – bu gün bir neçə çətin qərar verməlisiniz. Fikirləşmək üçün vaxtınız isə çox azdır. Amma nə istədiyinizi gözəl bilirsiniz, kimsəyə sizi idarə etməsinə imkan yaratmırsınız – odur ki, səhv etmək ehtimalınız da azalır.

Milli.Az

Bənzər Yazılar