GündəmManşetSiyasət

Böyük Britaniyanın hərbi naziri Ceyms Heppinin Azərbaycana səfəri

Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Heppi (The UK Minister for Armed Forces James Heappey MP) Azərbaycana bir günlük səfərə gəlib.

Onun prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov və XİN başçısı Ceyhun Bayramovla görüşləri planlaşdırılıb, bu barədə Britaniya səfirliyinin məlumatında deyilir.

Görüş zamanı müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri, Ukraynada vəziyyət, Ermənistanla nizamlanmamış məsələlər və sülh prosesinin gedişatı müzakirə olunacaq.

Britaniya naziri həmçinin minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə edəcək.(Turan)

Bənzər yazılar

Back to top button